Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb. RİA Novosti saytı xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Son məlumata görə, dünyada 3 303 296 nəfər virusa yoluxub, 235 290 nəfər ölüb, 1 039 588 nəfər sağalıb. Martın 11-dən Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yayılmasını pandemiya elan edib.