Ermənistanda COVID-19 virusundan ölənlərin sayı artır

Ermənistanda COVID-19 virusuna yoluxanların və bu xəstəlikdən ölənlərin sayında artım qeydə alınıb.


Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.


Mayın 4–nə olan məlumata görə, Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər bu virusdan ölüb. Ölənlərdən 3-ü kişidir.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 2507 nəfərə çatıb. Bu günədək ölkədə pandemiyadan 39 nəfər ölüb.