İran karantindən çıxmaq üçün addımlara başladı - Parklar açıldı

İranda koronavirusla mübarizə çərçivəsində qapadılmış park və xiyabanlar insanların üzünə açılıb.

Tehran Bələdiyyə Parkları və Ekologiya idarəsinin müdri Əli Məhəmməd Muxtarın sözlərinə görə, ölkə paytaxtında 2068 park və istirahət yerləri fəaliyyətini bərpa edib.

Bununla belə, Çitger, Levizan, Fatma və digə parkların fəaliyyətinin hələ bərpa olunmayacağı bildirilib.

Əlavə edilib ki, park və bağılara axın edən insanlar sosial məsafəni qorumalı və qoruyucu maskadan istifadə etməlidir.

Ötən gündən İran karantinindən çıxmaq üçün addımlara start verib. Artıq məscidlər, bərbərlər və digər iaşə sektorları fəaliyyətini bərpa edib.

Ümumilikdə İranda 104 mindən çox insan virusa yoluxub, 6541 nəfər isə vəfat edib./teleqraf