Tomas Bax: Tokio Yaya Olimpiya Oyunlarının 2021-ci ilin yayında başlayacağına  tam əminik

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya Oyunlarını təhlükəsiz şəkildə keçirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə işləyir.

 TASS informasiya agentliyi xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən videokonfransda bildirib.

O qeyd edib ki, BOK oyunların Təşkilat Komitəsi, Yaponiya hakimiyyəti ilə birgə həmrəyik şəraitində işləyir.

T.Bax Tokio Olimpiadasının vaxtının gələcəkdə yenidən dəyişdirilməyəcəyini də vurğulayıb: "Biz və Təşkilat Komitəsi vaxtı dəyişdirilən Tokio Yaya Olimpiya Oyunlarının 2021-ci ilin yayında başlayacağına və bütün iştirakçılar üçün təhlükəsiz keçəcəyinə tam əminik”.