MN: Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutur

Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.

Müdafiə Nazirliyindən (MN)  verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.

Ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.