Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb

Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  məlumat verilib.

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.