Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 282 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 43 311 nəfərə çatıb.

 
Bildirilib ki, ölkədə 13 604 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 044 936 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 26 953 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 743 871 nəfər təşkil edir.