ÜST: Dünyada son sutka ərzində koronavirusdan 11 mindən çox insan dünyasını dəyişib

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 469 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 469 min 996 nəfər yeni koronavirusa yoluxub, 11 min 311 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 169 milyon 597 min 415, ölənlərin isə 3 milyon 530 min 582 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.