Rusiyada ötən sutka koronavirusdan 652 ölüm halı qeydə alınıb
Rusiyada ötən sutka koronavirusdan 652 ölüm halı qeydə alınıb. Bu, pandemiyanın başlanğıcından bəri maksimum sutkalıq göstəricidir.
TASS agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə yeni xəstəliklərlə mübarizə üzrə federal operativ qərargahdan məlumat veriblər. Qərargahın məlumatına görə, indiyədək infeksiyadan ümumilikdə 134 545 nəfər ölüb. Sutka ərzində Moskvada 121, Sankt-Peterburqda 119, Nijeqorod vilayətində 27, Buryatiya Respublikasının və İrkutsk vilayətinin hər birində 21, Krasnodar diyarında 18 ölüm halı qeydə alınıb.
Hazırda Rusiyada 374 975 koronavirus xəstəsinin müalicəsi davam edir.