Azərbaycan Ordusunun yaradılmasının ildönümü ilə əlaqədar konsert keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun yaradılmasının 104-cü ildönümü münasibətilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində konsert keçirilib.

Baş İdarədən  bildirilib ki, əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, 26 iyun, sadəcə, təqvim bayramı deyil, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Azərbaycan Ordusunun yaradılması müstəqil ölkəmizin dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir”.

Bədii hissədə müğənnilər Vüsal Hacıyev və Aysel Əlizadənin ifa etdiyi mahnılar, eləcə də “Aysel” rəqs qrupunun çıxışları hərbçilər tərəfindən rəğbətlə qarşılanıb.