İncəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilib

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində keçirilmiş attestasiyanın nəticələrinə əsasən 3 əleyhinə, 2 lehinə göstərici ilə qiymətləndirilmiş namizədlər üçün təşkil olunan xüsusi müsabiqənin test mərhələsini uğurla keçmiş şəxslər növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.

Nazirlikdən  bildirilib ki, müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat noyabrın 17-dən 22-dək “MyCulture” vahid şəxsi kabineti üzərindən aparılır.