Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Türkiyənin mərkəzi hissəində 4,5 bal gücündə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin verdiyi məlumata görə, yeraltı təkanların episentri Malatya şəhərindən 92 kilometr şimal-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.