Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Konqresə məktub göndərib
ABŞ prezidenti Cozef Bayden İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı ABŞ Konqresinin bəzi komitələrinə məktub göndərib.
Bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
Finlandiyanın NATO-ya daxil olması ilə bağlı ABŞ Konqresinin bəzi komitələrinə də analoji məktub göndərilib.
Prosedura əsasən, Konqres alyansa yeni üzvlərin qəbulu barədə qərarı ratifikasiya etməlidir.//Trend