Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələri verə bilər

Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələri və sovet tankları verə bilər.

Bunu Slovakiya Baş naziri Eduard Heger çexiyalı həmkarı Peter Fiala ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. 

Ancaq Slovakiya Baş naziri Ukrayna tərəfinin xahişi nəzərə alınaraq, bu barədə detallı danışmaq istəmədiyini qeyd edib. Slovakiya “MiQ-29” qırıcı təyyarələrinin əvəzinə sifariş verdiyi “F-16” təyyarələrini alana qədər Çexiyadan hava məkanının qorunması üçün kömək istəyib.

Peter Fiala isə Çexiyanın Slovakiyaya hava məkanının qorunmasında kömək edəcəyini söyləyib. (APA)