Dünya coğrafiyasının təkamül dinamikasının öyrənilməsində klassik türk səyyahlarının izləri -Tarixi-coğrafi məlumat

H. Haqverdiyev - AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutu “Coğrafi fikir və toponimika” Şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru, A.Haqverdi elmi işçi, T.İsmayılova elmi işçi

Qədim dünya elminin və milli mədəniyyətinin təkamül dinamikasının və formalaşmasının öyrənilməsində klassik türk coğrafiyaçı-səyyahların da mühüm tarixi rolu olmuşdur. Avroasiya materikində 10 min kvadrat kilometrlərlə ərazilərdə məskunlaşmış qədim türk xalqlarının dünyanın bütün elm sahələrinin, o cümlədən riyaziyyat, həndəsə, kimya, astronomiya, coğrafiyanın və s. öyrənilməsində əvəzsiz töhfələri olmuşdur. Dünyanın coğrafi anlamında kosmopolit tarixi mahiyyət daşıyan böyük bir türk deyimi var: “Türk xalqı tarixi öz əməllərilə yaradır”. Bu tarix deyimlərimizi hazırda dünyanın su hövzələri olan Sakit və Atlantik okean suları arasında qalan böyük bir coğrafi məkanda məskunlaşmış türk mənşəli adlar bunları bir daha təsdiq edir.
E.ə.V əsrdə Asiyada Hun, III-V əsrlərdə Avropada Hun, IV-X əsrlərdə Uyğur, XI-XV əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini qədim türk xalqları yaratmışdır. Lakin çox təssüflə qeyd etmək lazımdır ki, bu gün Türk dünyası bu tarixi coğrafiyanın müəyyən hissələrini itirmişdir. Vaxtilə Rusiya ərazisində məskunlaşmış azsaylı yakutlar, altaylar, dolqanlar, nenlər, çuvaşlar tədricən din və dillərini itirərək assimilyasiyaya uğramışlar. Bu coğrafi deformasiya prosesləri hazırda Moldoviyada, Rumıniyada, Bolqarıstanda və s. ölkələrdə yaşayan azsaylı xalqların simasında davam etməkdədir. Əlbəttə, klassik dövrlərdə olduğu kimi digər növbəti tarixi içtimai formasiyalarda türk xalqı həmişə dünya elm xəzinəsini öz incilərilə zənginləşdirmişdir. Ona görə onun dünyanın siyasi və sosial təkamülündə və həqiqətin zəfər çalmasında, dünyanın klassik sosial-coğrafiyaçıları sırasına bəxş etdiyi məşhur səyyah və çoğrafiyaçılarla fəxr etməyə haqqı var.
O cümlədən türk dünyasının dünya coğrafiyası elminə bəxş etdiyi ən məşhur klassik səyyahlardan biri Əbu Reyhan Birunu olmuşdur. Əslində bu məşhur səyyahın Mərkəzi Asiyanın Kət şəhərində anadan olduğu guman edilir. Birunu tarix, coğrafiya, riyaziyyat və astronomiya elmlərinə aid 150-dən çox əsərin müəllifi olmuşdur. Avropa alimlərindən fərqli olaraq o, bütün elmi ideyalarını və yeni nəzəri fikirlərini praktiki təcrübədən keçirməyə çalışmışdır.
Məşhur ərəb alimi Yaqut-Əl Həqami XIII əsrdə Burunin 60 səhifəlik əsərini görmüş və özünün “Keçmiş nəsillərdən qalan izlər” əsərini yazarkən onun bir çox dilləri bilməsinə heyran olmuşdur. Eyni zamanda onun Mərkəzi Asiya haqqında yazılmış əsərində məşhur Amudərya çayının qədim dövrlərdə bir neçə dəfə yatağının dəyişməsi haqqında coğrafi fikri Orta Asiya regionunda paleocoğrafi təkamül dinamikasına dair əsaslı ideya hesab olunmuşdur. Lakin onu Baltik və Ağ dəniz, Skandinaviya və Sibir xalqları barəsində verdiyi məlumatların hansı coğrafi mənbələrə əsaslanması indi də qaranlıq olaraq qalmaqdadır.
Türk dünyasının bu görkəmli alimi dünyanın bir çox aparıcı alimlərinin yerin sükunətdə olması haqqındakı fikirlərinin əksinə çıxaraq tanınmış hind astronomu Bramaquptanın “Yer hərəkətdə, göylər isə sükunətdədir” nəzəriyyəsini müdafiə etmişdir. Dünyanın klassik elm dühaları Ömər Xəyyam, Nəsrəddin Tusi kimi Yaxın və Orta Şərqin bir çox görkəmli elm dühaları Biruninin elmi əsərlərindən kifayət qədər faydalanmışlar.

Biruninin dünya coğrafiyasın­da və astronomik biliklərin inkişafındakı dəyərli ideyaların mahiyyəti özünün “Keçmiş nəsillərdən qalan izlər” kitabında əksini tapmışdır. Əsərdə gecə-gündüzün bir-
birini əvəz etməsinin coğrafi me­xa­nizmi elmi əsaslarla ilk dəfə dolğun izahını verilmişdir.
Biruninin dünya coğrafiyası elminə verdiyi ən yüksək əsaslı nəzəriyyələrdən birincisi onun polyak alimi, dünyanın klassik nəzəriyyəçisi Kopernikdən hələ 500 il əvvəl geosentrik nəzəriyyəni kəşf etməsi olmuşdur. O, dünya elminə koordinasiya olmuş bu nəzəriyyəni inkar etmiş, özünün Heliosentrik Nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyə zamanında coğrafiya elmində böyük kəşf kimi qiymətləndirilmişdir. Həmçinin qədim təkamül coğrafiyasının atası hesab olunan Ptolomeyin geosentrik nəzəriyyəsinə ən böyük zərbə olmuşdur. Əslində, Klavdi Ptolomey dünyanın ilk klassik xəritəsini işləmiş tədqiqatçı olmuşdur. Lakin Ptolomeyin xəritəsində həqiqətən yanlış olaraq Xəzər dənizinin Şərqdən-Qərbə doğru uzanması göstərilmişdir. Ptolomey özündən əvvəlki tədqiqatçıların yanlış fikirlərini təkrar edərək məşhur Amudərya və Sırdərya çaylarının Xəzər dənizinə tökülməsi haqqında yanlış fikirlərini təkrar etmişdir. Haqqında danışdığımız Biruninin klassik coğrafi fikirlərindən biri də ilk dəfə olaraq Azərbaycanın qədim tarixi mədəniyyət diyarı Naxçıvanın, Urmiya, Ərdəbil, Təbriz və Marağa şəhərlərinin coğrafi koordinatlarını o təyin etməsidir. Məşhur klassik türk coğrafiyaçı-nəzəriyyəçilərdən biri də Piri Rəisi olmuşdur. Əslən osmanlı türkü olan Piri Rəisi 1470-ci ildə Geliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. İlk coğrafi yaradıcılıq fəaliyyətinə Misirdə məşhur Nil hövzəsinin xəritəsini tərtib etməklə başlamışdır. Əslində Piri Rəisi admiral rütbəli məşhur dənizçi olmuşdur. Onun mahir coğrafiyaçı olması topladığı coğrafi məlumatlar əsasında tərtib etdiyi ilk xəritə və məşhur “Kitabi-Bəhriyyən” əsəri onu dünyada-klassik coğrafiyaçı kimi tanıtmışdır.
Məşhur dənizçi-coğrafiyaşünasın birinci xəritəsində İslandiya adasının müəyyən hissələrində korlanmış hissələr olsa da Atlantik okeanı, Antil adaları, Amerikanın həmin dövrdə bəzi hissələri aydın görünürdü. Səyyahın 1528-ci ildə tərtib etdiyi ikinci xəritəsində Atlantik okeanın coğrafi koordinatları dəqiq müəyyən olunmuşdur. Xəritənin dəvə dərisi üzərində səkkiz rəngdə əksini tapması olduqca maraqlıdır. Lakin demək olar ki, səyyahın tərtib etdiyi Amerikanın xəritəsinin yalnız 1929-cu ildə ortaya çıxması da müəmma olaraq qalmaqdadır. Xəritə özlüyündə orta əsrdə tərtib olunmuşdur. Həmin xəritə əslində Şimali Amerikanın ilk tərtib olunmuş xəritəsi hesab olunur. Həqiqətən, xəritədə Amerika dağlarının son dərəcə dəqiqliklə göstərilməsi insanı heyrətə gətirir. Çünki bu dağlar hələ 1952-ci ildə güclü səs-ötürücü əlamətlərlə müəyyən olunmuşdur. Məşhur dünya riyaziyyatçılarının xəritə üzərində apardıqları müşahidələr doğrudan da böyük heyrətə səbəb olmuşdur, eyni zamanda güclü çaşqınlıq yaratmışdır. Çünki müasir səmadan çəkilən kosmik şəkillər bu xəritə arasında son dərəcə yüksək oxşarlıq olmuşdur. Hətta bəzi klassik coğrafiyaçılar və tədqiqatçılar xəritənin səmadan çəkilən fotoşəkillərə əsaslandığını göstərirdilər. Möcüzələrlə və dəqiqliklərlə dolu olan bu xəritələrin tərtibi məşhur Piri Rəisi Beynəlxalq coğrafi səyyahların dünyasında nüfuzunu və ünvanını qat-qat artırdı. Eyni zamanda, dünya alimlərini qarşı-qarşıya qoymuşdur. Bundan başqa, məşhur səyyah Xristofor Kolumbun Amerikanın varlığını bilavasitə türk dənizçilərindən öyrəndiyini göstərmişlər. Ona görə Amerikanın kəşfini Xristofor Kolumbun adı ilə bağlamaq düzgün sayılmır. Bu gün dünya elmi, xüsusilə klassik coğrafiyanın incilərindən sayılan “Kitab-Ül Bəhriyyə” əsəri Piri Rəisə məxsusdur. Bu kitab dənizçilik və dənizçilik qanunları haqqında avropalılardan çox qabaq yazılmış ilk elmi biliklərə əsaslanmışdır. Eyni zamanda klassik Türk səyyahlarının dünya coğrafiyasının təkamülündə sərrast izlərinin tarixi yaddaşıdır.

Ədəbiyyat SİYAHISI
1. Əliyev M.C., Həsənli A.T. Coğrafi kəşflərin tarixi və səyyahlar
2. Haqverdiyev A.T. Azərbaycan coğrafiyası: forma­laşma mərhələləri, inkişafın prioritet istiqamətləri. Bakı-2020.