Bakıda yaradıcı sənaye üzrə festival təşkil olunacaq

Avqustun 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) Bakıda “CultRural Festival 2022” adlı festival təşkil edəcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından  bildirilib ki, festivalda Bolqarıstan və Azərbaycan yaradıcı biznes nümayəndələri ilə, həmçinin onların sənətkarlıq, dizayn və moda, təsviri və ifaçılıq sənəti sahələrindəki məhsulları ilə tanış olmaq imkanı olacaq.

Qeyd edək ki, tədbiri keçirməkdə əsas məqsəd kiçik sahibkarlara dəstək olmaqdır. Tədbir çərçivəsində B2B formatında görüşlər də təşkil ediləcək.