Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir

Bu ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyənləşdirilmiş marşrutlar üzrə yerinə yetirilir.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.