Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 30-da Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, özbəkistanlı müğənniyə bu fəxri ad Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə verilib.