Ermənistanın itkiləri: 150-200 nəfər ölü, yüzlərlə yaralı və iki S-300
Ermənistan ordusu 150-200 nəfər itki verib, yüzlərlə yaralıları var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib.
Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralıları var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib, dəyəri yarım milyard dollardan çox olan avadanlıq yararsız hala salınıb.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.//Trend

