Akyol PKK/YPG terror təşkilatlarının fəal üzvü olub

Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı Hatay vilayətinin Amanos və Van bölgələrində fəaliyyət göstərdiyinə görə ittiham edilən Akyol soyadlı terrorçu zərərsizləşdirilib.

 Anadolu Agentliyi xəbər verir ki, PKK-nın terror düşərgələrində fəaliyyət göstərib təlimlər keçən Akyol PKK/YPG terror təşkilatlarının fəal üzvü olub. Əvvəlcə İraqın şimalındakı Qəndildə yerləşən düşərgələrində olan Akyol burada PKK-nın aparıcı simalarından olan Cəmil Bayıkın rəhbərliyi ilə keçirilən təlimlərə qatılıb, burada təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı planladıqları antiterror əməliyyatlarını pozmaq üçün kurslarda iştirak edib.