Bayden Rusiyanı bu səbəbsiz aqressiyanı dayandırmağa və ordusunu Ukraynadan çıxarmağa çağırıb

Rusiyanın Kiyev və Ukraynanın digər şəhərlərinə zərbələri bizim Ukrayna xalqını nə qədər lazımdırsa, o qədər də dəstəkləmək öhdəliyimizi gücləndirir.

Bu sözləri ABŞ Prezidenti Co Bayden Rusiyanın bu gün Ukrayna şəhərlərinə kütləvi raket hücumu haqda danışarkən deyib.

“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə təcavüzünə görə Rusiyanı əvəz ödəməyə, Putin və Rusiyanı vəhşiliklərinə və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməyə və Ukrayna qüvvələrinə öz ölkələrini və azadlıqlarını müdafiə etmək üçün lazım olan dəstəyi verməyə davam edəcəyik”, - o bildirib.

Bayden bir daha Rusiyanı bu səbəbsiz aqressiyanı dayandırmağa və ordusunu Ukraynadan çıxarmağa çağırıb./Axar.az