NATO III Dünya müharibəsinə doğru gedir

Kreml rəsmisi hesab edir ki, NATO III Dünya müharibəsinin bir addımlığındadır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib.

Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması dünyanı qlobal hərbi münaqişəyə yaxınlaşdıra bilər.

Aleksandr Venediktovun fikrincə, həm Kiyev, həm də NATO-da anlayırlar ki, bu yol üçüncü dünya müharibəsinə aparıb çıxaracaq./Publika.az