“Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini uzadıb

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb.

TASS agentliyi xəbər verir ki, “Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il dekabrın 3-dək uzadıb. Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir.