Azərbaycan Ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlunun ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib:

"Faktla bağlı araşdırma aparılır.

Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.

Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.