"Molla rejiminin sonu görünməyə başlayıb" VİDEO
"İranda 3 aya yaxındır davam edən etirazlar molla rejimini ciddi şəkildə narahat edir. Çünki bu dəfə etirazçıların birbaşa rejimi devirmək istəyi İranın əvvəlki İran olmayacağını açıq-aydın göstərir".
Türkiyədə yaşayan güneyli siyasi şərhçi Kərim Əsgəri belə düşünür.
Onun fikrincə, rejimin sonu artıq görünməyə başlayıb.
Etirazçıların sıralarında Güney Azərbaycanlıların da olduğunu bildirən Kərim Əsgəri deyir ki, digərlərinə olduğu kimi, soydaşlarımıza da divan tutulur. Son iki gündə daha 7 soydaşımız həbs olunub.
Qeyd edək ki, 7 azərbaycanlı fəal - Vahid Əliqulupur, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi həbs olunub.//
Bu barədə "Azad İran" teleqram kanalı Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallara istinadən məlumat yayıb. Tehranda saxlanılan Vahid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb. Fəalların həbs səbəbləri barədə dəqiq məlumat olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlandığı güman edilir.
Xezerxeber.az