DİN: Gəncədə tələbələr arasında baş vermiş davaya hüquqi qiymət veriləcək

Noyabrın 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.