İranda “əxlaq polisi”nin fəaliyyəti dayandırılıb
İranda “əxlaq polisi”nin Məhkəmə Sisteminə aidiyyəti olmadığı üçün ləğv edilib.
İran KİV-ləri xəbər verir ki, bunu bazar günü İranın Baş Prokuroru Məhəmməd Cəfər Montəzeri deyib.
M.Montəzerinin sözlərinə görə, əlbəttə İranın Məhkəmə Sistemi ölkədə davranışlara öz nəzarətlərini davam etdirəcək.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.
Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və s... əhatə edir.//Trend