Axtarışda olan Qusar sakini Bakıda oğurluq edərkən yaxalandı

Axtarışda olan şəxs Bakıda oğurluq edərkən yaxalanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus “Minsk” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.