ABŞ və müttəfiqləri Rusiya neftinə iki ayrı qiymət tavanı tətbiq edəcək
Rusiyadan dəniz yolu ilə daşınan xam neft və neft məhsullarına qiymət məhdudiyyəti siyasətində iştirak edən koalisiya nümayəndələri yanacağın növündən asılı olaraq iki ayrı qiymət tavanının tətbiqi barədə razılığa gəlib.
Xarici KİV xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin bəyanatında deyilir.
ABŞ-ın maliyyə nazirinin müavini Adevale Adeyemo bildirib ki müvafiq razılaşma koalisiya üzvləri ilə virtual görüşdə əldə olunub. Qiymət məhdudiyyətlərindən biri dizel yanacağı və benzinə, digəri isə xam neftə nisbətən ucuz satılan mazut kimi məhsullara aiddir.
Belə yanaşmanın həmin məhsulların bazar qiymətlərindəki böyük fərqi nəzərə alaraq qiymət tavanı siyasətini daha yaxşı qurmağa imkan verəcəyi bildirilir.//AZƏRTAC