Suriyada zəlzələdə ölənlərin sayı 100-ü keçib
Suriyada zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artır.
Yerveinsan.az-ın “Anadolu”ya istinadən xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən olan Azaz və Əl-Bab şəhərlərində ölənlərin sayı 100-ü keçib, 334 nəfər xəsarət alıb.
Hazırda dağıntıların altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.