Gürcüstan prezidenti - Mən ilk gündən dedim ki, veto olacaq. Və veto olacaq...
Bu gün Tbilisinin Rustaveli prospektində “xarici agentlər” haqqında qanuna qarşı duranlar azad Gürcüstanı təmsil edirlər.
Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
Gürcüstan prezidenti hazırda Nyu-Yorkda rəsmi səfərdədir.
"Mən bu gecə Rustavelidə dayananlara müraciət edirəm, necə ki, onlar dəfələrlə orada dayanıblar. Mən burada, Nyu-Yorkdayama, arxamda Azadlıq Heykəlidir. Azadlıq Gürcüstanın həmişə uğrunda mübarizə apardığı simvoldur... Mən sizin yanındayam. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz.
Öz gələcəyini Avropada görən Gürcüstan bu gələcəyi heç kəsin əlindən almasına imkan verməyəcək. Bu gələcək bizim gələcək nəslə məxsusdur. Heç kimin sizin gələcəyini sizdən almağa haqqı yoxdur. Heç kimin tələ qurmağa haqqı yoxdur", - dəyə S.Zurabişvili bildirib.
Gürcüstan prezidenti əlavə edib ki, heç bir formada bu qanun Venesiya Komissiyasına göndərilməməlidir: "Onlar bunun necə qanun olduğunu çox gözəl bilirlər. Mən ilk gündən dedim ki, veto olacaq. Və veto olacaq..."//Trend