Malatyada daha bir zəlzələ oldu
Türkiyənin Malatya bölgəsinin Pütürgə rayonunda yerli vaxtla saat 05:13-də 4,5 bal gücündə növbəti zəlzələ oldu.
Bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) tviter hesabında qeyd olunub. Zəlzələnin təxminən 8 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Daha əvvəl yerli vaxtla saat 04:34-də Malatya bölgəsinin Pütürgə 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ təxminən 10 kilometr dərinlikdə olub.