Bakıda hazırda sıxlıq müşahidə edilən yollar

Bakıda sıxlıq olan yollar açıqlanıb.

Yerveinsan.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir.

Hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. "20 Yanvar" dairəsində;

7. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

8. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.