Kahramanmaraşda 4,2 bal gücündə zəlzələ baş verib

Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda saat 04:12-də 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 6,98 kilometr dərinlikdə yerləşib.