Evdən 4 min manat məbləğində pul və 5 min manat dəyərində qızıl əşyaları oğurlayan şəxslər tutulublar

İyunun 27-də gecə saatlarında R.Qasımovanın yaşadığı Köhnə Alvadı kəndindəki evdən 4 min manat məbləğində pul və 5 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.