NATO Rusiyanı sülhməramlılarını çıxarmağa çağırdı

NATO Rusiyanı Moldovanın Dnestryanı bölgəsindən sülhməramlılarını çıxarmağa çağırıb.

Bu barədə NATO-nun Litva sammitinin yekun bəyanatında qeyd edilib.

Bəyanatda bildirilir ki, "Biz Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik".

"Biz Rusiyanı Moldovanın razılığı olmadan yerləşdirilən bütün qüvvələrini Dnestryanı bölgədən çıxarmağa çağırırıq”, - bəyanatda qeyd edilir.//Trend