LÜTFİ ZADƏNİN QEYRİ-SƏLİS MƏNTİQ NƏZƏRİYYƏSİNİN MÜBAHİSƏLİ GEOLOJİ MƏSƏLƏLƏRİN TƏDQİQATLARINA TƏTBİQ EDİLMƏSİ

İ.İ.Tağıyev., N.V.Paşayev, V.M.Kərimov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən fikirləri ortaya qoymuş, bir çox xarici ölkə akademiyalarının üzvü seçilmiş, müxtəlif ölkələrdə bu gün də yad edilir hələ uzun illər yad ediləcəkdir. Bu gün dünya elmində Lütfi Zadənin 6 müasir nəzəriyyəsi məlumdur. Onlardan biri də dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Nissan” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan yeni texnoloji yenilikləri bu gün də əldə edirlər.
Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın “Nanda” mükafatı ilə təltif olunub. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, siyasətdə, fəlsəfədə, dini məsələlərin münaqişə problemlərində istifadə olunur.
Son dövrlərdə o da aydın olmuşdur ki, ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tətbiq etməyə başlamışdır.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar. “Aristotel məntiqi” ilə mühakimə yaradan beyin, yalnız ağ və qara rəngi qavrayır. Zadə məntiqi isə rənglərin bütün çalarlarını qavramağa imkan verir. Lütfi Zadəyə görə əslində bir maddənin, prosesin doğruluq dərəcəsi doğru və yalan arasında qiymət almalıdır. Qeyd etmək lazımdır ki, 10 illər ərzində dünyanın tanınmış geoloqları arasında gedən mübahisəli müzakirələrdən sonra şaquli istiqamətli tektonik hərəkətlərin həlledici roluna əsaslanan fiksizm konsepsiyası, materiklərin üfüqi istiqamətdə böyük yerdəyişmələrə əsaslanan mobilizm konsepsiyası ilə əvəz olundu. Artıq keçən əsrin 60-cı illərindən sonra mobilizm konsepsiyası yaşamaq hüququ əldə etdi. İstər müzakirə dövründə, istərsə də sonrakı illərdə çox məhşur dünya şöhrətli alimlər, o cümlədən məşhur geoloq B.Belousov bu konsepsiyanı qəbul etmədi.
Ural dağları Şimal Buzlu okeanından Xəzər dənizinə qədər uzanan, Rus platforması ilə Sibir platformasını bir-birindən ayıran nəhəng buz dağ silsiləsidir. Mütləq hündürlüyü 1875 m, uzunluğu 2500 km, eni 40-150 km-dir. Yaranma dövrü 410-360 mln il əvvəl – Trias (251-199 mln il) hesab olunur.
Məşhur Ural çayı Rusiya, Qazaxıstan ərazilərindən keçib Xəzər dənizinə tökülür. Uzunluğu 2428 km, hövzəsi 237000 km2 mənsəbi Xəzər dənizi sayılır və illik axın 8,1 km3 təşkil edir. Artıq yeni tədqiqatlar göstərir ki, Ural dağları sisteminin geoloji inkişaf tarixində fiksizm nəzəriyyəsinin yaşamaq haqqı vardır.
İngilis alimi O.Fişer “Yer qabığının fizikası” kitabında (1881) belə bir fikir irəli sürdü ki, Yerdən ayrılan Ay, təkcə Sakit okeanını əmələ gətirməyib, o həmçinin böyük məsafədə horizont yerdəyişməsinə, qranit kontinental qalığın parçalanmasına səbəb olub. Bu ideyanı sonrakı illərdə Amerika astronomu və riyaziyyatçısı Q.Pikerenq (1907) və B.Beyker (1911) irəli sürmüşlər. Materiklərin hərəkəti hipotezini XX əsrin başlanğıcında A.Veqener irəli sürmüşdü.
Kainat adlanan vahid materiyanın kiçik bir hissəciyi sayılan Yer planeti həm zona və həm də məkan etibarilə sonsuzdur. Adi atomlardan, molekullardan və elementar hissəciklərdən tutmuş, nəhəng ulduzlara qədər, kvant nəzəriyyəsi, efir, materiklər haqqında son onilliklərdə alınan yeni məlumatlar, bütün cisimlərin fəzada hərəkət etməsi, Günəş sisteminin 150 milyarda yaxın ulduz yığımından əmələ gəlməsi Yer planeti haqqında tamamilə yeni fikirlərin söylənməsinə zərurət yaradır.
2011-ci ildə Moskvada Cоnqar Vadmayeviç Pyursevin və başqalarının «Ноосферное строительство планета Земля в космическом пространстве» monoqrafiyasında yuxarıdakı fikirlər öz əksini tapmışdır. Akademik V.İ.Vernadskinin (1863-1945) “Yerin təkinin öyrənilməsi Qalaktika və Günəş sistemi ilə birlikdə araşdırılmalıdır” fikri qüvvədə qalır.
Suyun yaranması min illər boyu, elm qarşısında duran ən mürəkkəb problemlərdən biri olmuşdur. Su haqqında daha qədim dövrlərdən çoxsaylı fərziyyələr, fikirlər və mübahisələr söylənmişdir. Birlik, qardaşlıq, əmin-amanlıq bayramı kimi qeyd edilən əsrlərin dərinliyindən gələn Novruz bayramı, Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi hesab edilən İran, Əfqanıstan, Taciksitan, Özbəkistan və digər şərq xalqlarının ümumi bayram kimi qəbul etdikləri bayram günü ərəfəsində keçirilən 4 çərşənbə (su, od, hava, torpaq) günlərinin qeyd edilməsi, onların elm tutumlu olmasını təsdiq edir.
Dahi Nizami Gəncəvinin “İqbalnamə” poemasında “Kainatın əsasının 4 ünsürdən və 7 atadan yaranmasından” bəhs olunur. Maraqlıdır ki, müasir astral biliklər sayəsində göyün həqiqətən 7 təbəqədən (troposfer, stratosfer, mezosfer, termosfer, ekzosfer, ionosfer və maqnitosfer) ibarət olduğu müəyyən edilmişdir. N.Gəncəvinin bu poemasında İsgəndər Zülqərineyn 7 alimi - Əflatunu (Platon), Ərəstunu (Aristotel), Balisi (Miletli Tales), Forfiryusu (Porfiri), Sokratı və Hörmüzü (Hermes) bir yerə toplayaraq dünyanın yaradılması haqqında elmi söhbətlər aparır və əslində xaos-froktal məsələsini, xaosun nizama salınması və kainatın yaranması haqqında fikirlər söyləyir.
Müzakirələrdə Forfiryus əvvəlcə cövhərin yaran­ması, bunun ardınca cövhərin suya dönməsindən və ikiyə bölünərək yarı üzdə, yarı altda qalıb, yerin və göyün əmələ gəlməsindən söhbət açır.
2011-ci ildə NASA tərəfindən rəsmi məlumat əldə edilmişdir ki, kosmosda su buxarından ibarət nəhəng bulud aşkar edilən suyun (buludun) həcmi okeanlarda mövcud olan sudan 140 trilyon dəfə çoxdur. Bu bulud kütləsi yer kürəsindən 12 mlrd işıq ili məsafəsindədir. Yəni Yer kürəsindən o su kütləsinə çatmaq üçün 300000 km sürətlə gedən “K” gəmisi 12 mlrd ildən sonra çata bilər. Deməli, elə başlanğıcda su kainatda yaranmışdır. (Bu, bəlkə də Nikola Teslanın və Mendeleyevin kəşf etdiyi efirdir).
Nəzərə almalıyıq ki, tektonik hərəkətlərin əsas enerji mənbələri kosmik kütlələrin Yer kürəsinə olan təsiri, Yerin öz oxu ətrafında fırlanma enerjisi, radioaktiv elementlərin parçalanmasından yaranan enerji mənbələridir. Dəqiq hesablamalara görə, Yerin 2-3 min km dərinliyində 4000o C-yə qədər temperaturun olduğu müəyyən edilmişdir. Bunların tərkibində qravitasiya və radioaktiv parçalanmaya xüsusi önəm verilir. Məhz bu iki enerjinin qarşılıqlı təsiri nəticəsində maddələrin differensiyası, yəni maqmatizm və eləcə də tektonik hərəkətlər yaranır. Qədim geoloji dövrlərdə olduğu kimi, müasir və yeni geoloji dövrlərdə də tektonik hərəkətlərin bütün növləri mövcuddur.
Maqmatizm zamanı maqmanın yuxarı hərəkətləri, onun ətraf süxurlara olan mexaniki təsiri nəticəsində yer qatının quruluşu pozulur və yeni struktur forması əmələ gəlir. Təbiətdə yayılmış bütün qırışıqlar onların əsas forması olan antiklinal və sinklinal qırışıqların müxtəlif növlərindən ibarətdir.
Mobilizmin elmi konsepsiyası, yəni yer qabığının və ya litosferasının 1000 km-ə qədər uzunluğunda on illərlə mübahisədən sonra dünya alimləri tərəfindən qəbul edilmiş mobilizm bir neçə nəzəriyyələrlə, o cümlədən tektonik qırılmalarla əsaslandırılmışdır.
Bu konsepsiyanın əksi olan fiksizm keçən əsrin 60-cı illərinə qədər qüvvədə olmuş, geoloji tədqiqatlar bu konsepsiyaya uyğun aparılmışdır. O dövrdə aydın olmuşdur ki, Afrika okeanının hər 2 sahil xətti bir-birinin üstünə düşərək bağlanır. Meşə massivləri, ağacların və bitkilərin növləri də bunu təsdiq edirdi. Bundan başqa, dünyanın öz oxu ətrafında fırlanması və fırlanma sürətinin dəyişməsi də buna səbəb ola bilər. Mobilizm konsepsiyası onlarla digər səbəbləri ilə bu məsələ bir müddət elmi müzakirələrdən çıxarılmışdır.
Hətta dünyanın ən reytinqli elmi jurnallarında geologiya elmində mobilizm, tava tektonikasının, genetikada DNK-nın kəşf edilməsi ilə bərabər qiymətləndirilirdi. Tektonik tavaların horizontal hərəkəti mantiyanın istilik qravitasiya konsepsiyası hesabına baş verməsində də suallar yaradır.
Fiksizm konsepsiyasında iri horizontal yerdəyişmələr qəbul edilir. Ancaq horizontal yerdəyişmələr bir neçə 10 km məsafədə baş verə bilər. Fiksizm konsepsiyası XIX əsrin 30-50-ci illərində müzakirə edilməyə və o dövr okeanlarının dibləri intensiv öyrənilməyə başladı. Uzun illər məşhur geoloqlar mobilzm konsepsiyasına qarşı çıxdılar, o cümlədən dünyanın məşhur geoloqlarından olan B.Belousov dünyasını dəyişənə qədər bu konsepsiyanı rədd etdi (1996).
2004-cü ildə Simferopolda keçirilən elmi konfransda (271-280 s.) “о необосновенности фиксизм конвенции в Крыму”, Undin çayı zonasında eyni zamanda 1985-ci ildə Xellem “Великие геологические споры (Москва “Мир”) mobilizm konsepsiyasının düzgün qəbul edilmədiyini qeyd etmişdilər.
Şimali Amerika materikinin sahəsi 24247 mln km2 təşkil edir. Ən uzun çayı Missisipi (3734 km), ən böyük çökəkliyi Ölüm dərəsidir (-86m). Şimali Amerikanın qərbi üçün dağlıq və mərkəzi üçün düzənlik relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mərkəzi Amerika ölkələrinin ərazisindən keçir.
Şimali Amerikanın tektonik xəritə sistemində ən qədim qırışıq zona platformanın örtük hissəsi, zəlzələlərin ocaqları, tavaların sərhədləri dəqiqliklə əsaslandırılmış və xəritədə göstərilmişdir. Lakin ayrı-ayrılıqda bunların geoloji inkişaf tarixində fiksizmin əsas elementlərini nəzərə almamaq mümkün deyildir.
“Manne Kea” vulkan sistemi Havay adalarında, dəniz səviyyəsindən 4205 m yüksəkdə yerləşir. Bu vulkan (Sakit okean) 4000 ildir ki, fəaliyyət göstərmir, çünki sönmüş vulkandır. Lakin bu müddətdə onun aktiv fazasında suyun altında vulkan çöküntüləri və adalar yaranmış, sonradan vulkan sulardan çıxmış və adalar zəncirini yaratmışdır. Bu zəncirin uzunluğu 2800 km-dir. ABŞ və digər ölkələrin iştirakı ilə layihə dərinliyi 6000 m olan quyu qazılır.
ABŞ-ın qərbində yerləşən Yellouston super vulkanı artıq min illərdir yatmış hesab olunur. Amerikanın eyniadlı Milli parkında yerləşən Yellouston super vulkanı son illərdə tədricən aktivləşməyə başlamış, bir qrup alimlərin müşahidələrinə görə, bu super vulkanın (55x72 km) ətrafında geotermal aktivlik özünü göstərir. Krater səthinin altında böyük bir maqma bloku yerləşir, bu blokun dərinliyi 2-90 km, eni 30 km təşkil edir. Bu vulkan fəaliyyətə başlayarsa dünyanın qlobal iqlimi, bizim proqnozları dəfələrlə keçərək, çox təhlükəli ola bilər. Hazırda yüzlərlə fakt göstərmək olar ki, bir çox məsələlərə hər iki konsepsiya (mobilizm- fiksizm) bir yerdə tam cavab verə bilər. Odur ki, geologiya sahəsinə Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiq edilməsinin mümkünlüyü araşdırılmalıdır. Bu sahədə Azərbaycanın tanınmış alimi, Lütfi Zadənin dünya tərəfindən qəbul edilən varisi, universitetimizin fəxri Rafiq Əliyevin məsləhətlərinə və köməyinə ehtiyac vardır.
Orta Asiyanın dağları geoloji quruluşuna və geoloji inkişaf tarixinə görə bir-birindən seçilir. Alatau, Tyan-Şan, Pamir, Koretdağda və s. elmi-tədqiqat işləri son illərdə intensivləşib, lakin tədqiqatçılar öz aralarında vahid fikir birliyi əldə edə bilmirlər. Dünyanın yüksək zirvələrindən sayılan Qələbə (7439 m) və Xan-Tenqri (6995 m) pikləri burada yerləşir. Dünyanın ən sirli göllərindən biri sahəsi 636 km2, həcmi 23615 km3-şirin su, dərinliyi 1642 m olan baykal gölünün əmələ gəlməsi və geoloji inkişaf yolu sona qədər araşdırılmamışdır.
Altay Respublikasının dağ sistemi (S=92903 km2) Asiyanın tam mərkəzində, Qazaxıstan çölləri və Monqol yarımsəhrasının birləşdiyi ərazini əhatə edir. Ərazinin 25%-ni meşə massivləri tutur. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 4506 m hündürlükdə olan Beluxa dağlıq ərazisində 20000-dən artıq kiçik çay var, bunlardan bir çoxu Ob və Yenisey çaylarının qollarıdır. Ən böyük çayları isə Xatun və Biya çaylarıdır. Yeraltı suların resursu 22000 m3 qiymətləndirilir, gələcəkdə 44000 m3 artacağı gözlənilir. Dünyanın bir çox kontinentlərinin geoloji inkişaf tarixi ayrılıqda mobilizm konsepsiyası ilə izahı mübahisə doğurur.

Nəticə
1. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi, müasir dövrlərdə elm və həyatımızın bir sıra sahələrində elmi mübahisələrin həll olması, həqiqətlərin tam aşkarlanması üçün böyük rol oynamış və gələcəkdə də bu nəzəriyyənin dövrümüzdə müsbət nəticələrinin alınması davam edəcəkdir.
2. Nəzərə almaq lazımdır ki, Yer kürəsinin nüvəsi çox böyük həssaslıqla tarazlaşdırılmış mürəkkəb temperatur qurğusunu xatırladır. Bu olmasaydı Fe, Ni heç vaxt əriməzdi (astenosfera), bu halda yer kürəsinin maqnit sahəsi yaranmazdı. Məhz nüvənin maye və bərk təbəqəsi, bir-birinin ətrafında hərəkət edir, metallar üzərində maqnitləşmə yaradaraq maqnit sahəsi əmələ gətirir.
3. Dünyada son illərdə əldə edilmiş geoloji materialların təhlili göstərir ki, bütünlükdə mobilizm və fiksizm konsepsiyaları yeni nəsil tədqiqatçıları və geoloq-alimləri arasında mübahisələrə, fikir ayrılıqlarına son qoyulmayıbdır. Xüsusilə “filizləşmə prosesləri, müxtəlif faydalı qazıntı yataqlarının formalaşma qanunauyğunluqları”nı sahəsində, mobilizm (litosfer plitələri) konsepsiyası ilə izah etmək mümkün deyil. Bu nəticəyə gəlirik ki, mobilizm və fiksizm konsepsiyaları paradoks xarakteri daşıyır və müasir dövrümüzdə hər 2 nəzəriyyənin yaşamaq haqqı vardır.
Xüsusilə, okean və dənizlərin əmələ gəlməsi, çox mürəkkəb vulkanizm prosesləri, geniş və tektonik qırılmaların filizəmələgəlmə, geotermik məsələlər, o cümlədən termal suların əmələ gəlməsi və digər geoloji-tektonik proseslər bu təklifi dəqiqləşdirir və əsaslandırır. Qlobal iqlim dəyişmələri, yerin təkində və bütünlükdə günəş sistemində gedən kataklizim prosesləri bu məsələyə aydınlıq gətirilməsini zəruri edir.
4. Nəzərə almaq lazımdır ki, planetimizin geoloji tarixi yerin səthi 1000C-dən aşağı və su maye fazaya keçdikdən sonra başlayır. Planetin bir tərəfində ağır metallar enmiş və Böyük Okean, əks tərəfdə isə silikat süxurlar qalxmış, materiklər əmələ gəlmişdir. Digər tərəfdən yapon alimlərinin Çellencer-Poynt elmi gəmisi ilə 1984-cü ildə Marian çökəkliyinin dərinliyinin dəqiqləşdirilməsi (10924 m) nəzərə alınmalıdır.