İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov iyulun 21-də Masallı şəhərində (ünvan: Masallı Sənaye Məhəlləsi) Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, vətəndaş qəbulu saat 11-dan etibarən keçiriləcək. Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.