Masallı sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Bədəlan kənd sakini Elməddin Hüseynov saxlanılıb.

Onun sərnişin kimi əyləşdiyi "Vaz" markalı avtomobilə keçirilən baxış zamanı E.Hüseynova məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onun aşkarlanan narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Səccad adlı şəxsdən əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E. Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.