Paytaxtda propan qaz balonlarının olduğu sexdə yanğın baş verib

Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 kvadratmetr olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, bir ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 kubmetr olan yanacaq çəninin içərisindəki yanacaq yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.