Türkiyədə Ermənistanda yaradılan 40 mindən çox qanunsuz onlayn kazino və bukmeker kontoru bloklanıb

Türkiyə hakimiyyəti onlayn fəaliyyət göstərən qanunsuz kazinolara və bukmeker kontorlarına qarşı fəal mübarizə aparır.

Türkiyə milli lotereyasının rəhbərliyi təkcə 2023-cü ildə ölkənin İnformasiya texnologiyaları və rabitə İdarəsinə (BTK) qanunsuz internet-oyun resurslarına çıxışın bağlanması tələbi ilə 168 030 müraciət göndərib ki, onlardan 160 273-ü təmin edilib.

Səlahiyyətlilərə görə, keçən il Türkiyədə bloklanan ən çox qanunsuz onlayn kazino və bukmeker kontoru ABŞ-da qeydiyyata alınıb (73 175).

İkinci yerdə 41 607 qanunsuz onlayn kazino və bukmeker kontoru olan Ermənistandır. Liderlər üçlüyünə Niderland da daxildir - 19 757.

Bundan əlavə, ilk onluğa Almaniya, Hong Kong, Filippin, Seyşel adaları, Tayvan, İngiltərə və İran daxildir.//Azərtac