Azərbaycanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub.

 

Zəlzələ episentirdə və ona yaxın rayonlarda 3 bala qədər hiss olunub.