Belçika XİN-in rəhbəri: "Biz bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq"

Biz gələcəyə baxmalıyıq, bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq. Sülh xalqın, sıravi vətəndaşın həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları onlardır.

Bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinq zamanı deyib.

Nazir bildirib ki, sülh həm Ermənistan, həm Azərbaycan, həm də bütün dünya üçün vacibdir.