Liviyada baş verən daşqınlar nəticəsində həlak olanların sayı 5 min nəfəri ötüb
Liviyada baş verən daşqınlar nəticəsində həlak olanların sayı 5 min nəfəri ötüb, itkin düşənlərin sayı 10 minə yaxınlaşıb.
CNN telekanalı xəbər verir ki, yerli hakimiyyət orqanlarının son məlumatına əsasən, təbii fəlakət nəticəsində 5,3 min nəfər ölüb, 10 minə yaxın insan isə itkin düşmüş hesab olunur.