Nabo Kele Hayri Suriyada zərərsizləşdirilib
Suriyada terror təşkilatı PKK/KCK-PYD/YPG-nin "kəşfiyyat strukturunda" məsul olan Nabo Kele Hayri Milli Kəşfiyyat Təşkilatının Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, zərərsizləşdirilən terrorçu 2022-ci ilin noyabr ayında İstanbulun İstiqlal küçəsində törədilən terror aktının təşkilatçılarından biri idi.