Bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluqdan bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.