10 Noyabr - Mustafa Kamal Atatürkün anım günüdür

Hörmət və ehtiramla anırıq!
Allah rəhmət eləsin! Ruhu şad olsun!


Atatürk türk millətinin qəlbində xüsusi yer tutur və milli müstəqilliyin simvolu hesab olunur. Dünyanın bir çox tanınmış simaları və liderləri Atatürkün nailiyyətlərini, liderliyini və mütərəqqi vizyonunu yüksək qiymətləndiriblər. Atatürk haqqında bəzi məşhur şəxsiyyətlərin fikirləri:
Con Kennedi (ABŞ-ın sabiq Prezidenti): "Böyük türk xalqının lideri Qazi Mustafa Kamal Atatürk, xalqının müstəqillik və azadlıq mübarizəsində misilsiz bir liderdir"
Elefterios Venizelos (Yunanıstanın sabiq baş naziri, 1933): "Qısa müddətdə bir millətin həyatında bu cür köklü dəyişikliklər nadir hallarda olur... Bu görkəmli işi görənlərin, şübhəsiz ki, sözün hər mənasında Böyük İnsan adına tam haqqı var. Buna görə Türkiyə öyünə bilər."
Uinston Çörçill (Birləşmiş Krallığın sabiq Baş naziri): "Atatürk təkcə Türkiyə üçün deyil, bütün bəşəriyyət üçün ilham mənbəyidir. Onun dünyəviliyə və elmə verdiyi önəm dünyanın dörd bir yanında ehtiramla anılır"
Albert Eynşteyn (dahi fizik): "Atatürk elm və təhsilə verdiyi dəstək sayəsində təkcə Türkiyə üçün deyil, bütün dünya üçün bir nümunə idi. Biz onunla fəxr etməliyik"
Mahatma Qandi (Hindistanın müstəqillik lideri): "Qazi Mustafa Kamal Atatürk müstəqillik müharibəsi və modernləşmə səyləri ilə təkcə Türkiyəyə deyil, bütün dünyaya ilham verən böyük bir liderdir."
Mari Küri (məşhur alim): "Mustafa Kamal Atatürk Türkiyədə təhsil və elmin inkişafına böyük əhəmiyyət verirdi. Elm dünyasına verdiyi töhfələr unudulmazdır."
Thomas Mann (alman yazıçısı): "Atatürk türk millətinin müasir kimliyini verdi və milli müstəqilliyinin nümunəvi lideri oldu."
Franklin D. Ruzvelt (ABŞ-ın sabiq prezidenti): "Atatürk Türkiyənin modernləşdirilməsi və müasir respublikaya çevrilməsi işində müstəsna liderlik nümayiş etdirdi."
Cemal Süreya (türk yazıçısı): "Mustafa Kamal təməldir. Bir istiqamətdir. Hər şeyin hazır olduğu tikilmiş bir bina deyil. Onu yalnız davam etdirmək və dəstəkləməklə sevə bilərik. Özümüzə yeni şeylər, yeni dəyərlər əlavə edərək sevə bilərik. Gəlin yalnız ürəyimizlə deyil, ağlımızla da sevək. Sonra Mustafa Kamal ən böyük qələbəsini qazanacaq".
Claude Farrer (fransız yazıçısı): "O, hündür bir dağa bənzəyir. Ətəyində yaşayanlar bu şöhrəti görə bilməzlər. Bu dağın əzəmətini dərk etmək üçün ona uzaqdan baxmaq lazımdır."
Atatürk təkcə Türkiyə üçün deyil, bütün dünya üçün böyük lider sayılırdı və onun irsi bundan sonra da davam edəcəkdir...


Oruc Mustafayev