Türkiyə kəşfiyyatı PKK/YPG-PYD-nin rəhbərlərindən birini zərərsizləşdirib
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (Milli İstihbarat Təşkilatı) Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD qruplaşmasının bölgə başçısı Eymen Coli zərərsizləşdirilib.
Yerveinsan.az “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı MİT yayıb.
Bildirilib ki, əməliyyat Suriyanın Kamışlı bölgəsində keçirilib. Eymen Coli Türkiyə- Suriya sərhədində güc strukturlarına qarşı hücumları təşkil edənlərdən olduğu müəyyənləşib. Məlumata görə, o, Türkiyə təhlükəsizlik qüvvələrinin hədəf siyahısında olub.