“İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin nəticələri ilə bağlı ekspert komissiyasının iclası keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi üçün ekspert komissiyasının iclası olub.

Nazirlikdə bildirilib ki, iclasın nəticələrini əks etdirən protokola əsasən təqdim olunan videoçarxlar keyfiyyət baxımından qənaətbəxş olmadığına və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qaliblərin müəyyənləşdirilməsi mümkün olmayıb.

Müsabiqə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunub.