Türkiyə terror yuvalarını məhv etməyə davam edir

İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada “Türkiyə Silahlı Qüvvələri polad caynaqları ilə terror yuvalarını məhv etməyə davam edir” bildirilib.